İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Korrupsiya ilə bağlı tutulmuş sabiq vəzifəli şəxsdən xəbər var

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. Leqal Xəbər-in məlumatına görə, Bakı Ağır Cinayətlər

11 baxış 3 dəq

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Leqal Xəbər-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin nümayəndəsi iştirakı etməyib. Hakim sənədlərin tədqiqi mərhələsinin başa çatdığını bildirərək məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Növbəti proses noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.

Anar Mehdiyev "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Cinayət işi üzrə "Azərşəkər" MMC və "Dastan Agro" MMC zərərçəkmiş kimi tanınıblar.

Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəbəri paylaş Dostlarınıza göndərin