İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Kreml: "Zelenski Putinlə birbaşa danışmaq istəyib"

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri ilə birbaşa danışıqlar aparmaq istəyini ona çatdırıblar. Leqal Xəbər vesti.ru-ya istinadən bildirir ki, bu

10 baxış 3 dəq

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri ilə birbaşa danışıqlar aparmaq istəyini ona çatdırıblar.

Leqal Xəbər vesti.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

"Həm Norveçin baş naziri, həm də Finlandiya prezidenti Zelenskinin bizim rəhbərimizlə birbaşa danışmaq istəyinə böyük maraq göstərdiyini prezidentimizə çatdırdılar", - deyə Uşakov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin Stubb və Störeyə Zelenski ilə görüşün mümkünlüyü üçün nəzərdə tutulan şərtləri xatırladıb.

"Rəhbərimiz bir daha təkrarladı ki, əgər Zelenski birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin. Orada onun üçün bütün şərait, o cümlədən təhlükəsizliyi üçün lazımi təminatlar yaradılacaq", - deyə Uşakov qeyd edib.

Rusiya prezidentinin köməkçisi bildirib ki, Moskva Ukrayna və Rusiya liderləri arasında təmasların yalnız uzunmüddətli nizamlanma çərçivəsində və danışıqlar prosesi müvafiq sənədin hazırlanması ilə başa çatdıqdan sonra məna kəsb etdiyini vurğulayıb.

"Ukraynada uzunmüddətli nizamlanma çərçivəsində müəyyən sənədlər hazırlanacaq. Bundan sonra iki ölkənin liderləri görüşə bilərlər. Danışıqları aparan nümayəndələr həmin sənədləri liderlərə təqdim etməyə hazır olacaqlar, liderlər isə öz növbələrində onları imzalamağa hazır olacaqlar", - deyə Uşakov izah edib.

Xəbəri paylaş Dostlarınıza göndərin