İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu"

Leqal Xəbər Baku TV-ya istinadən bildirir ki, Kürdəmir rayonunun Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verib. Kənd sakini Ənvər Yunusova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan altıotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir

7 baxış 3 dəq
Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu"

Leqal Xəbər Baku TV-ya istinadən bildirir ki, Kürdəmir rayonunun Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verib.

Kənd sakini Ənvər Yunusova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan altıotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Ev sahibi hadisə nəticəsində ona 100 min manata yaxın zərər dəydiyini bildirib.

Zərərçəkənlər hadisənin təfərrüatını Baku TV-yə danışıblar.

Zərərçəkən Bağdagül Yunusova bildirib ki, illərlə zəhmət çəkərək tikdikləri ev və içindəki bütün əşyalar qısa müddətdə yanaraq məhv olub. Onun sözlərinə görə, ailə yanan evdən heç bir əşyanı çıxara bilməyib:

"40 ildir bazarda işləyirdim. Qəpik-qəpik pul yığıb bu evi tikdirmişdim. 30 ildə əldə etdiyim hər şey 30 dəqiqənin içində əlimdən çıxdı. Qışın günüdür, bu qədər külfəti hara aparım?! İmkan daxilində bizə kömək etsinlər".

Digər zərərçəkən Rühanə Yunusova isə yaşadıqları çətin vəziyyətdən danışıb:

"Nə qədər çalışdıq, heç nə edə bilmədik. Yoldaşımın xəstəliklə bağlı sənədləri, uşaqlarımın sənədləri, qızım üçün aldığım cehizlər, qızıllarımız yanıb kül oldu. Özümüzə bir cüt paltar belə çıxara bilmədik. Artıq dərəcədə xahiş edirəm ki, bizə kömək etsinlər. Qayınatam, azyaşlı uşaqlarım da xəstədir".

Xəbəri paylaş Dostlarınıza göndərin