LEQAL XƏBƏR məlumat verir ki, Əlcəzairi bürüyən meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib.
Məlumata görə, yanğınlar nəticəsində 50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Bildirilib ki, avqustun 26-da Əlcəzair ərazisində 37 yanğın ocağı qeydə alınıb.
Yanğınların yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.![]()