İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

LEYLA ƏLİYEVA YEVLAXDA MƏKTƏB BİNASININ AÇILIŞINDA İŞTİRAK EDİB

LEQAL XƏBƏR verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yevlaxda yeni inşa olunan məktəb binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılan şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki,

13 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yevlaxda yeni inşa olunan məktəb binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılan şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülərək yerində yeni məktəb binasının tikintisinə başlanılıb.
Məlumata görə, yeni məktəb binası 528 şagird yerlikdir və burada müasir standartlara uyğun tədris şəraiti yaradılıb.
Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya otağı, məktəbəhazırlıq qrupları, yeməkxana və idman zalı ilə tanış olub.
Qeyd olunub ki, yeni tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradacaq.
Sonda Leyla Əliyeva məktəbin kollektivi ilə görüşərək onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.


Xəbəri paylaş Dostlarınıza göndərin