Leqal xəbər bildirirki, İran hakimiyyəti Əli Laricaninin ölümü ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləyib. İran Milli Təhlükəsizlik üzrə Ali Şurası ofisinin yaydığı açıqlamaya görə, Şuranın baş katibi Əli Laricani İsrailin hücumu nəticəsində həyatını itirib. Məlumata əsasən, hücum zamanı Laricani ilə yanaşı onun oğlu Mürtəza, müavini Əlirza Beyat, katibliyin əməkdaşları və bir neçə mühafizəçi də öldürülüb. Hadisə ilə bağlı məlumat Şura ofisinin rəsmi Telegram kanalında paylaşılıb. İran Prezidenti Məsud Pezeşkian baş verənlərlə bağlı sərt cavab veriləcəyini bildirib və həlak olanlarla bağlı başsağlığı verib. Digər tərəfdən, İsrailin müdafiə naziri Yisrael Katz daha əvvəl Laricaninin İsrail ordusunun hücumu nəticəsində öldürüldüyünü iddia etmişdi. Hadisə regionda gərginliyi daha da artıran növbəti ciddi insident kimi qiymətləndirilir.
Əli Laricaninin ölümü təsdiqləndi
Leqal xəbər bildirirki, İran hakimiyyəti Əli Laricaninin ölümü ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləyib. İran Milli Təhlükəsizlik üzrə Ali Şurası ofisinin yaydığı açıqlamaya görə, Şuranın baş katibi Əli Laricani İsrailin hücumu nəticəsində həyatını itirib. Məlumata əsasən, hücum zamanı Laricani
3 baxış
3 dəq
