Leqal xəbər məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa institutlarının ölkəyə münasibətdə ikili standartlar tətbiq etdiyini bildirib.
O, bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində videomüraciəti zamanı səsləndirib. Prezident qeyd edib ki, Azərbaycan Qarabağda suverenliyini bərpa edib və beynəlxalq hüquqa uyğun addımlar atıb.
İlham Əliyev xüsusilə Avropa Parlamenti və digər qurumların mövqeyini tənqid edərək, bu yanaşmanı ədalətsiz adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü digər ölkələrinki kimi eyni dəyərə malikdir və buna fərqli münasibət qəbuledilməzdir.
Prezident həmçinin bildirib ki, son illərdə Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən sənədlər qərəzli xarakter daşıyır.