Leqal xəbər məlumat verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən güclü yanğının “Kontakt Home” şirkətinin anbarında qeydə alındığı bildirilib. Məlumat şirkətin rəsmi sosial media hesablarında paylaşılıb.
Şirkət açıqlamasında qeyd edib ki, məhsulların saxlanıldığı anbarlardan birində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb və ərazidə olan bütün əməkdaşların təhlükəsizliyi təmin edilib. Bununla yanaşı, bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələrin yaşana biləcəyi vurğulanıb.