Leqal xəbər məlumat verir ki, Maliyyə icarəsi (lizinq) fəaliyyəti üzrə nəzarət səlahiyyətlərinin Mərkəzi Banka verilməsi nəzərdə tutulur.
Məlumata görə, bu dəyişiklik lizinq sektorunda şəffaflığın artırılması, risklərin daha effektiv idarə olunması və maliyyə bazarlarında nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.
Qeyd olunur ki, yeni yanaşma sektorun daha stabil və tənzimlənən şəkildə inkişafına töhfə verəcək.
