LEQAL XƏBƏR məlumat verir ki, ölkənin bir sıra supermarketlərində sellofan (polietilen) paketlərin qiyməti yenidən artırılıb.
Hazırda marketlərdə sellofan paketlər ölçüsündən asılı olaraq 7 və 9 qəpiyə alıcılara təqdim olunur.
Xatırladaq ki, 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti qurumların qərarına əsasən, sellofan paketlər market kassalarında ayrıca məhsul kimi ödənişli əsaslarla satılır.