İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

M.Cabbarov: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı getdikcə azalmaqdadır. Leqal Xəbər Report-a istinadən məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi

8 baxış 3 dəq
M.Cabbarov: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı getdikcə azalmaqdadır.

Leqal Xəbər Report-a istinadən məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub: "Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Ötən il sektorun ÜDM-in nominal dəyərindəki payı 71,5 %-ə çatıb".

Bundan başqa, nazir deyib ki, Azərbaycanın dövlət büdcəsi gəlirlərində qeyri-neft-qaz sektorunun çəkisi artır: "10 ayda büdcə gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 %-i ötüb. Bu rəqəm 2021-ci ildə 49 % idi. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 %-dən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır. Son 5 ildə isə büdcənin qeyri-neft-qaz gəlirləri 9,3 milyard manat artıb - 2021-ci ildəki 12,9 milyard manatdan 2026-cı ildə 22,2 milyard manata çatıb".

Xəbəri paylaş Dostlarınıza göndərin