Leqal xəbər məlumat verir ki, Bakının Nərimanov rayonunda yerləşən Məmməd Arif və Aşıq Qərib küçələrinin sakinləri aylardır evsiz qaldıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, ərazidə yerləşən yaşayış evləri Azərbaycan Dəmir Yolları QSC və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb.
İddia olunur ki, aparılan söküntü işləri nəticəsində ümumilikdə 161 ailə yaşadığı evi itirib. Sakinlər bildirirlər ki, onlara verilən vədlərə baxmayaraq problem hələ də həllini tapmayıb.
Hazırda ailələrin bir hissəsi kirayə evlərdə, digərləri isə müxtəlif ünvanlarda ağır şəraitdə yaşamağa məcbur olduqlarını deyirlər. Vətəndaşlar maddi çətinlik çəkdiklərini və uzun müddətdir qeyri-müəyyən vəziyyətdə qaldıqlarını bildirirlər.