İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK

Prezident İlham Əliyev "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanunu imzalayıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə President.az məlumat yayıb. Dəyişikliyə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair məlumat dərhal

9 baxış 3 dəq

Prezident İlham Əliyev "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanunu imzalayıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə President.az məlumat yayıb.

Dəyişikliyə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair məlumat dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim ediləcək.

Yeni qaydalara görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin psixiatriya yardımının gecikdirilməsi onun və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradarsa, həmin şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə qərar prokuror və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək. Bu halda psixiatriya və profilaktik müayinə həmin qərar əsasında həyata keçiriləcək.

Qanunda həmçinin məcburi hospitallaşdırma zamanı pasiyentin özü və ya ətrafdakılar üçün təhlükə yaradan hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisələrində təhlükəsizlik tədbirlərinin təmin olunması nəzərdə tutulur.

Bundan başqa, psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmə qərarınadək qeyri-könüllü şəkildə psixiatriya stasionarına yerləşdirilməsi barədə həkim-psixiatrın qərarı ilə bağlı müəssisə rəhbərliyi dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya səlahiyyətli dövlət orqanına məlumat verməlidir.

Qanuna əsasən, psixiatriya yardımı alan və ya əvvəllər bu yardımdan istifadə etmiş şəxslər onlara göstərilən tibbi xidmətlər barədə məlumatları elektron sağlamlıq kartı sistemi vasitəsilə əldə edə biləcəklər. Qanuni nümayəndələr isə həmin məlumatları yazılı müraciətdən sonra iki iş günü ərzində müəssisədən ala biləcəklər. Müalicədən imtina halları da elektron sağlamlıq kartı sistemində qeyd olunacaq.

Dəyişikliklərə əsasən, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmuş şəkildə təşkil ediləcək.

Prezident İlham Əliyev qanunun tətbiqinin təmin olunması məqsədilə "Psixiatriya yardımı haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2026-cı il 13 iyul tarixli qanunun icrası ilə bağlı müvafiq Fərmanı da imzalayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin