İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Mədəniyyət Nazirliyində görüş keçirilib

Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib. Görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak

7 baxış 3 dəq

Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.

Görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Nazir bildirib ki, bu şəxslərin hər biri mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.

Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi münasibət olduğunu deyən nazir qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətimizə böyük diqqət və qayğı göstərib:

“Bu mütərəqqi yanaşma hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafı, qoruması və təbliği sənət adamlarına yüksək səviyyədə qayğı ilə paralel şəkildə aparılır. Dövlət başçısının sərəncamları ilə yaradıcı insanlar təqaüd və təltiflərə layiq görülürlər. Bu münasibət, sözsüz ki, mədəniyyət xadimlərinə böyük stimul verir, onları həyata və sənətə daha möhkəm bağlayır”.

Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda birgə foto çəkdirilib.


Xəbəri paylaş Dostlarınıza göndərin