İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Meksikada şəhər meri iş yerində öldürüldü

Meksikanın Temoak şəhərinin meri Valentin Lavin iş otağında silahlı hücum nəticəsində öldürülüb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Meksikanın Baş Prokurorluğundan bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində axtarış tədbirləri davam

6 baxış 3 dəq
Meksikada şəhər meri iş yerində öldürüldü

Meksikanın Temoak şəhərinin meri Valentin Lavin iş otağında silahlı hücum nəticəsində öldürülüb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Meksikanın Baş Prokurorluğundan bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Məlumata görə, bu ilin yanvar ayında da Valentin Lavinə qarşı silahlı hücum cəhdi olmuşdu.

Temoak şəhəri Morelos ştatında yerləşir. Həmin bölgə bir neçə narkokartelin fəal olduğu ərazilərdən biri hesab olunur. Lavin ölkə Prezidenti Klaudiya Şeynbaumun rəhbərlik etdiyi hakim solçu partiyanın üzvü idi.

Rəsmi statistikaya görə, 2006-cı ildən – Meksikada narkotik kartellərinə qarşı genişmiqyaslı mübarizəyə başlanıldıqdan sonra ölkədə 100-ə yaxın şəhər meri qətlə yetirilib.

2024-cü ilin oktyabrında hazırkı hökumətin hakimiyyətə gəlməsindən bəri isə 14 şəhər rəhbəri silahlı hücumların qurbanı olub. Onlardan üçü, o cümlədən Valentin Lavin, 2026-cı ildə öldürülüb.

Bu dövrdə ən çox rezonans doğuran hadisələrdən biri ötən ilin noyabrında Uruapan şəhərinin meri Karlos Mansonun qətlə yetirilməsi olub. Narkocinayətkarlığa qarşı sərt mövqeyi ilə tanınan Manso Ölülər Günü tədbiri zamanı kütlə qarşısında çıxış edərkən güllələnmiş, hadisədən sonra bölgədə etiraz aksiyaları və polisə qarşı toqquşmalar baş vermişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin