Leqal xəbər məlumat verir ki, Metro və avtobuslarda kartla ödəniş zamanı bəzi hallarda vəsaitin dərhal deyil, gecikmə ilə çıxılması mümkündür.
Məsələ ilə bağlı BakıKart, Bakı Metropoliteni və BakuBus birgə açıqlama yayıb. Bildirilib ki, bu hal ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.
Qeyd olunur ki, ödənişlər real vaxtda deyil, müəyyən zaman intervalı ilə emal edildiyi üçün kartdan vəsait sonradan çıxıla bilər.