İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Məhsullarımız Gürcüstan vasitəsilə idxal edilə bilər

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. Leqal Xeber bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov

9 baxış 3 dəq

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır.

Leqal Xeber bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbulda keçirilən forum zamanı bildirib:

"Bizi Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya dövlətləri ilə birləşdirən "Şimal-Cənub" dəhlizi inkişaf edir, onun uzunluğu 7 min kilometri ötərək Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzanır. Cari ildə artımın əsas hərəkətverici qüvvələri tranzit həcmlərinin müvafiq olaraq 19% və 24% artdığı Azərbaycan və İran üzərindən keçən Transxəzər və qərb marşrutları olub. Belarusla Əfqanıstan arasındakı tranzit daşımaları da əlavə təsir göstərib. Rusiya pərakəndə satıcıları üçün Türkiyə və Azərbaycandan meyvə-tərəvəz məhsullarının Gürcüstan ərazisindən tranzitlə quru marşrutu ilə çatdırılması variantları üzərində iş aparılır".

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Rusiya, Qafqaz və Mərkəzi Asiyadan keçməklə Fars körfəzi və Hind okeanı ölkələri ilə əlaqələndirir. Bu multimodal dəhlizin yaradılmasına dair saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb, hazırda isə 12 dövlət onun iştirakçısıdır. Dəhliz üç istiqaməti özündə birləşdirir: Xəzər dənizinin qərb sahili boyunca qərb, şərq sahili boyunca şərq və Xəzər dənizi üzərindən Transxəzər marşrutları..

Xəbəri paylaş Dostlarınıza göndərin