Xüsusilə külli miqdarda dələduzluqda ittiham edilən sahibkar Nofəl Hacıyev və Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məhəmmədova isə 1 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.
Qeyd edək ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın rəhbəri, Talış Məhəmmədov isə icraçı direktor olub.
Onlar 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə etməktə ittiham olunurlar.