İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Məkkədə bomba həyəcanı

Məkkədə Məscidül-Həram ərazisində “intiharçı hücumunun qarşısının alındığı” barədə sosial şəbəkələrdə yayılan məlumatlar Səudiyyə Ərəbistanı tərəfindən təkzib edilib. Leqalxeber Musavat.com-a istinad melumat verir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları Məkkədə bir şəxsin saxlanıldığını

7 baxış 3 dəq

Məkkədə Məscidül-Həram ərazisində “intiharçı hücumunun qarşısının alındığı” barədə sosial şəbəkələrdə yayılan məlumatlar Səudiyyə Ərəbistanı tərəfindən təkzib edilib.

Leqalxeber Musavat.com-a istinad melumat verir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları Məkkədə bir şəxsin saxlanıldığını təsdiqləsə də, onun üzərində partlayıcı maddə və ya partlayıcı jilet olduğu barədə yayılan iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.

Rəsmi məlumata görə, həmin şəxs yoldan keçənləri narahat etdiyi, insanlar arasında qorxu və panika yaratdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun barəsində qanuni tədbirlərin görüldüyü və işin Baş Prokurorluğa göndərildiyi bildirilib.

Bəzi sosial media hesablarında isə saxlanılan şəxsin Kəbəyə yaxınlaşdığı və üzərində partlayıcı jilet olduğu, təhlükəsizlik qüvvələrinin mümkün hücumun qarşısını aldığı iddia edilmişdi. Lakin Səudiyyə Ərəbistanının rəsmi qurumları bu məlumatları təsdiqləməyib və yayılan iddiaların əsassız olduğunu vurğulayıb.

Həmçinin sosial şəbəkələrdə yayılan bəzi görüntülərin hadisə ilə əlaqələndirildiyi, lakin həmin videonun köhnə olduğu və 2017-ci ildə baş vermiş başqa hadisəni əks etdirdiyi barədə məlumatlar yayılıb.

Səudiyyə Ərəbistanı rəsmiləri məlumatların yalnız rəsmi mənbələrdən əldə edilməsinə və təsdiqlənməmiş xəbərlərin yayılmamasına çağırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin