Paytaxt və regionlarda bir sıra məktəblərin qarşısında avtomobillərin nizamsız park edilməsi nəqliyyatda ciddi sıxlığa səbəb olur. Xüsusilə səhər saatlarında və dərs bitən vaxt valideynlərin uşaqları məktəbə gətirib-aparmaq üçün maşınları yolun hər iki tərəfində saxlaması hərəkəti çətinləşdirir. Sakinlərin sözlərinə görə, bəzi ərazilərdə yolun demək olar ki, bağlanması müşahidə olunur. Bu isə həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradır, qəzaların baş vermə riskini artırır. Yaranan sıxlıq xüsusi xidmət avtomobillərinin hərəkətinə də mane olur, nəticədə gecikmələr yaşanır. Məsələ ilə bağlı mütəxəssislər məktəblərin ətrafında xüsusi dayanacaq zonalarının yaradılması, nəzarətin gücləndirilməsi və valideynlərə alternativ marşrutlardan istifadə tövsiyə olunmasının vacibliyini vurğulayırlar.
Məktəb qarşısında parklanma xausu
Paytaxt və regionlarda bir sıra məktəblərin qarşısında avtomobillərin nizamsız park edilməsi nəqliyyatda ciddi sıxlığa səbəb olur. Xüsusilə səhər saatlarında və dərs bitən vaxt valideynlərin uşaqları məktəbə gətirib-aparmaq üçün maşınları yolun hər iki tərəfində saxlaması hərəkəti çətinləşdirir.
7 baxış
3 dəq
