İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Məktəblinin vahid geyimi sosial bərabərliyə xidmət edir

Günlərdir, orta məktəblərdə vahid məktəbli geyiminin tələbi ilə bağlı mübahisələr səngimir. Mübahisələrin dərilənləşməsi bir qrup şəxslər tərəfindən yanlış açıqlamalar və təbliğatlara yol açır. Leqalxəbər bir daha rəsmi qurumların vahid məktəbli geyim tələbinin səbəblərini xatırlatmağı borc bilir.

19 baxış 3 dəq

Günlərdir, orta məktəblərdə vahid məktəbli geyiminin tələbi ilə bağlı mübahisələr səngimir.

Mübahisələrin dərilənləşməsi bir qrup şəxslər tərəfindən yanlış açıqlamalar və təbliğatlara yol açır.

Leqalxəbər bir daha rəsmi qurumların vahid məktəbli geyim tələbinin səbəblərini xatırlatmağı borc bilir.

Belə ki, Azərbaycanda vahid məktəbli geyimi sosial bərabərliyin qorunması, nizam-intizamın gücləndirilməsi və dünyəvi təhsil mühitinin təmin edilməsi üçün gərəklidir. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, tətbiq edilən bu qaydalar təhsil ocaqlarında həm psixoloji, həm də inzibati cəhətdən sağlam mühit yaratmağa xidmət edir.

Şagirdlərin fərqli ailə büdcələri və sosial imkanları olur. Bahalı və fərqli geyimlər uşaqlar arasında sinfi ayrı-seçkiliyə və psixoloji gərginliyə yol aça bilər. Halbuki, vahid forma zahiri görünüşdəki bu fərqləri aradan qaldırır və hər bir şagirdə bərabər imkanlar təqdim edir.

Məktəb hər şeydən əvvəl bir təhsil məbədidir. Vahid geyim qaydası daxili nizam-intizamı möhkəmləndirir, şagirdlərin diqqətini dəb və geyim yarışından yayındıraraq birbaşa dərslərinə yönəltməsinə kömək edir.

Əsas məsələyə gəlincə, Azərbaycan dünyəvi dövlətdir və məktəblərdə təhsil dünyəvilik prinsipləri əsasında qurulur. Ekspertlərin və rəsmi qurumların rəyinə görə, fərqli dini və ya milli baxışların geyim vasitəsilə məktəbə gətirilməsi ümumi təhsil mühitinə mənfi təsir göstərə bilər. Qaydalar isə hər kəs üçün neytral və bərabər mühit formalaşdırır.

Vahid forma şagirdlərin hansı təhsil müəssisəsinə aid olduğunu kənardan vizual olaraq sübut edir. Bu, həm məktəb rəhbərliyinə kənar şəxsləri dərhal ayırd etməyə imkan verir, həm də uşaqlarda kollektivə aidiyyat və məsuliyyət hissini artırır.



Xəbəri paylaş Dostlarınıza göndərin