Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin məktəbli forması və müəllimlərin geyim qaydalarına əməl etməsi yoxlanılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, monitorinqlər zamanı həm şagirdlər üçün müəyyən edilmiş vahid forma tələblərinin, həm də müəllimlərin pedaqoji fəaliyyətə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası qiymətləndiriləcək.
Qeyd olunub ki, məktəbli formasına nəzarət məktəb rəhbərliyinin, şagirdlərin müəyyən olunmuş geyimdə dərsə gəlməsini təmin etmək isə valideynlərin məsuliyyətidir.
Geyim forması ilə bağlı məsələlər məktəblərin Pedaqoji Şuralarında müzakirə edilərək həll olunur.![]()
Məktəblərdə monitorinqlər başlayır
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin məktəbli forması və müəllimlərin geyim qaydalarına əməl etməsi yoxlanılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, monitorinqlər zamanı həm şagirdlər üçün müəyyən edilmiş vahid forma tələblərinin, həm də müəllimlərin pedaqoji
11 baxış
3 dəq