Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

MOPED SÜRÜCÜLƏRİ ÜÇÜN YENİ TƏLƏBLƏR MÜƏYYƏNLƏŞİR

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda moped sürücüləri üçün yeni tələblərin müəyyənləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Bildirilib ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 9 dekabr tarixli qanunun

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda moped sürücüləri üçün yeni tələblərin müəyyənləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Bildirilib ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 9 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb.

Yeni qaydalara əsasən, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mopedlər müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınacaq və onlara dövlət qeydiyyat nişanı veriləcək.

Bununla yanaşı, mopedlərin yalnız sürücülük vəsiqəsi əsasında idarə olunması tələb ediləcək. Mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı məcburi olacaq.

Layihədə həmçinin mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, dövlət qeydiyyat nişanlarının təqdim olunması üçün dövlət rüsumlarının müəyyən edilməsi, eləcə də qeydiyyata alınmış mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasının tətbiqi də nəzərdə tutulur.

Qeyd edək ki, qanunvericiliyə əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki ilə işləyən və ya mühərrikinin iş həcmi 50 kub santimetrdən çox olmayan, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi hesab olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin