LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın paytaxtı Moskvaya son iki ilin ən böyük pilotsuz uçuş aparatı hücumu qeydə alınıb.
Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, iyunun 18-i gecə saatlarından etibarən şəhər və ətraf ərazilər üzərində ümumilikdə 85 pilotsuz uçuş aparatı məhv edilib.
Məlumata əsasən, bu göstərici son iki ildə Moskva istiqamətində qeydə alınan ən iri dron hücumlarından biri hesab olunur. Bundan əvvəl ən böyük hücum bu ilin mayın 17-də baş verib və həmin vaxt 81 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi açıqlanmışdı.
İlkin məlumatlara görə, hücum nəticəsində şəhərdə yerləşən neft emalı müəssisələrindən birində yanğın baş verib. Təhlükəsizlik məqsədilə Moskva hava limanlarının fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.