İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz

8 baxış 3 dəq

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb.

Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.

Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir.

Bəs faiz dəhlizinin parametrlərinin dəyişdirilmədən saxlanılması nə deməkdir və bunun hansı əhəmiyyəti var?

Leqal Xəbər Baku TV-yə istinadən məlumat verir ki, iqtisadçı Eyyub Kərimlinin fikrincə, uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir.

"Qərarın əsas səbəbləri inflyasiya risklərinin hələ də qalması, xarici bazarlardakı qeyri-müəyyənlik və iqtisadi aktivliyin qorunması zərurəti ilə bağlıdır".

O bildirib ki, faizlərin artırılması kreditləri bahalaşdıraraq sahibkarlığa mənfi təsir göstərə, azaldılması isə inflyasiya təzyiqlərini gücləndirə bilər.

"Bu baxımdan Mərkəzi Bank hazırda qiymət sabitliyi ilə iqtisadi artım arasında tarazlığı qorumağa üstünlük verir. Gələcəkdə inflyasiya riskləri azaldıqca faizlərin mərhələli şəkildə endirilməsi mümkün ola bilər".

Xəbəri paylaş Dostlarınıza göndərin