LEQAL XƏBƏR məlumat verir ki, Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aysel Məmmədova ilə bağlı araşdırma aparılacaq.
Məlumata görə, M.İsgəndərlinin oğlu Kərim Həmidovun həyat yoldaşından şikayət edən şəxs onun keçmiş gəlini, müğənni Cananadır.
Canana “TikTok”da canlı yayım zamanı təhqir edilməsi ilə bağlı DİN-in “102” zəng xidmətinə müraciət edib. O, şikayətində onu təhqir edən şəxsi tanıdığını və həmin şəxsin keçmiş ərinin hazırkı həyat yoldaşı olduğunu bildirib.
Canana Aysel Məmmədovanı onu həm saxta adlarla, həm də öz adına olan sosial şəbəkə hesabı vasitəsilə təhqir etməkdə ittiham edib.
Aysel Məmmədova isə Yasamal Rayon Prokurorluğunda verdiyi izahatında “TikTok”da onu müxtəlif profillərlə təhqir etmədiyini, həmin hesabları ilk dəfə gördüyünü və ümumiyyətlə, sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib.
Məhkəmənin qərarına əsasən, tərəflər arasındakı mübahisə Yasamal Rayon Prokurorluğunda yenidən araşdırılacaq.![]()