LEQAL XƏBƏR məlumat verir ki, Yaxın Şərqdə davam edən hərbi münaqişə ABŞ ilə İran arasında əldə olunan razılaşma ilə başa çatmaq üzrədir. Hər iki tərəf Cenevrədə keçirilən danışıqların nəticəsini tanıyacağını və hərbi münaqişəyə son qoyacağını bəyan edib. İyunun 19-da tərəflər arasında memorandumun imzalanması gözlənilir.
Həm ABŞ, həm də İran tərəfi Hörmüz boğazının tezliklə açılacağını bildiriblər ki, bu da dünya bazarında neft qiymətlərinin enməsinə səbəb olub.
Ötən gün London birjasında 1 bareli 83,30 dollara satılan “Brent” markalı neftin qiyməti 82,78 dollara enib. WTI markalı neft isə 80,52 dollara qədər ucuzlaşıb.
ABŞ Prezidenti Donald Tramp, Vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmmədbağır Qalibafın elektron formada memorandum imzaladığı bildirilir. Bu addım enerji bazarında qiymətlərin dəyişməsinə səbəb olub.
Mütəxəssislərin sözlərinə görə, Hörmüz boğazının açılması neftin qiymətində daha da ucuzlaşmaya gətirib çıxara bilər. Bununla yanaşı, region ölkələrində müharibə zamanı zədələnmiş neft infrastrukturunun bərpasının vaxt aparacağı qeyd olunur.
Eyni zamanda dünya bazarında maye qazın qiymətində də enmə müşahidə edilib – 450 dollardan 410 dollara düşüb.