Leqal xəbər məlumat verir ki, İspaniyanın cənubunda yerləşən Friqiliana kəndi dünyanın ən gözəl kəndlərindən biri seçilib. Ağ rəngli evləri, dar küçələri və Aralıq dənizi mənzərəsi ilə tanınan kənd turistlərin diqqətini cəlb edir.
Məlumata görə, kəndin küçələri rəngarəng çiçəklərlə bəzədilib və bu görüntü bölgəyə xüsusi estetik görünüş verir. Dolama yollar və tarixi memarlıq Friqiliananı fərqləndirən əsas xüsusiyyətlərdən sayılır.
Bildirilib ki, kənd həm də təbiət həvəskarları üçün məşhur məkan hesab olunur. Şam meşələri, dağ yolları və sakit atmosfer turistlərə fərqli istirahət imkanı yaradır.