İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

NETANYAHUDAN ORDUNU HAZIR SAXLAMA ƏMRİ

İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Ordusuna (IDF) İranla hərbi əməliyyatların bərpası da daxil olmaqla, hər hansı bir ssenariyə hazır olmaq barədə tapşırıq verib. Leqal xəbər məlumat verir ki, bu barədə İsrailin siyasi dairələrindəki mənbə məlumat yayıb. Mənbənin sözlərinə görə, Baş

6 baxış 3 dəq

İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Ordusuna (IDF) İranla hərbi əməliyyatların bərpası da daxil olmaqla, hər hansı bir ssenariyə hazır olmaq barədə tapşırıq verib.

Leqal xəbər məlumat verir ki, bu barədə İsrailin siyasi dairələrindəki mənbə məlumat yayıb.

Mənbənin sözlərinə görə, Baş nazir ordunun lazım gələrsə, dərhal döyüş meydanına qayıtmalı olduğunu vurğulayıb.

IDF-in Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də İsrail hərbçilərinin İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

O bildirib ki, ordunun əlində İslam Respublikasının ərazisində vurulacaq əlavə hədəflərin siyahısı var:

“Ordu yüksək hazırlıq vəziyyətindədir. Əməliyyatın mümkün bərpası əldə edilmiş nəticələri daha da inkişaf etdirməyə və Tehranyönlü qüvvələri daha da zəiflətməyə imkan verəcək”.

CNN telekanalı isə öz mənbələrinə istinadən qeyd edir ki, hazırda İsrail rəsmiləri ABŞ ilə İrana qarşı yeni zərbələrin endirilməsi imkanlarını müzakirə edir. Məlumata görə, İsrail tərəfi İranın enerji infrastrukturu obyektlərinə və rəsmi şəxslərinə qarşı planlaşdırılan hücumlar çərçivəsində öz addımlarını Vaşinqtonla koordinasiya edir.

Xatırladaq ki, bir müddət əvvəl İsrail ABŞ-dən yeni qırıcı eskadrilyaların alınmasını təsdiqləyib ki, bu da regionda hərbi gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Xəbəri paylaş Dostlarınıza göndərin