İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Nicat Azadlının işi məhkəməyə göndərildi

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və özünü rəqs müəllimi kimi təqdim edən Nicat Azadlı ilə bağlı görüntülərə münasibət bildirib. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonunun Binə

7 baxış 3 dəq

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və özünü rəqs müəllimi kimi təqdim edən Nicat Azadlı ilə bağlı görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonunun Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb və toplanmış materiallar əsasında cinayət işi başlanılıb.

İstintaq zamanı N. Azadlının həyat yoldaşı Ş. Azadlıya fiziki zor tətbiq edərək ona xəsarət yetirməsi müəyyənləşdirilib.

Nicat Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

DİN-dən bildirilib ki, cinayət işi üzrə istintaq tamamlanıb və ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

İş üzrə hüquqi qiymət məhkəmə araşdırmasının nəticəsinə əsasən veriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin