“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanmış cinayət işində təqsirləndirilən şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, şirkətin faktiki rəhbəri və Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də daha əvvəl həbs edilib. Şirkətlə bağlı əsasən tələbələrdən daxil olan şikayətlərin sayı artır.