İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub

Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 40 dinc sakin həlak olub. Leqal Xəbər "Premium Times" qəzetinə istinadən məlumat verir ki, silahlı qrup Karım Lamido bölgəsindəki Binnari kəndinə hücum edib. Hücum edənlər qonşu Plato ştatından

10 baxış 3 dəq

Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 40 dinc sakin həlak olub.

Leqal Xəbər "Premium Times" qəzetinə istinadən məlumat verir ki, silahlı qrup Karım Lamido bölgəsindəki Binnari kəndinə hücum edib.

Hücum edənlər qonşu Plato ştatından inzibati sərhədi keçərək kəndə daxil olublar. Onlar əkin sahələrini yandırıb, evləri və mağazaları dağıdıb, dinc sakinləri fərq qoymadan öldürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, ölənlərin sayı arta bilər. Belə ki, bir çox sakin itkin düşmüş hesab olunur. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Nigeriyanın şimal-şərqində əsas terror təhlükələrindən biri 2009-cu ildə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərində yaradılmış "Boko Haram" ekstremist qruplaşması hesab olunur. Qruplaşmanın məqsədi ölkədə hakimiyyəti ələ keçirməkdir. O, mütəmadi olaraq terror aktları törədir.

2015-ci ildə Nigeriya Silahlı Qüvvələri "Boko Haram"a ciddi zərbə vuraraq qruplaşmanın nəzarətində olan əraziləri əhəmiyyətli dərəcədə azaldıb. Bundan sonra silahlılar qonşu ölkələrdə, əsasən də Çad gölü ətrafında bazalar yaratmağa başlayıblar.

Həmin il "Boko Haram" daxilində parçalanma baş verib. Qruplaşmadan ayrılan silahlı dəstə sonradan "Qərbi Afrikada İslam Dövləti" təşkilatını yaradıb.

Xəbəri paylaş Dostlarınıza göndərin