Leqal xəbər bildirirki, Azərbaycanda nikah öncəsi tibbi müayinələrin nəticələri açıqlanıb. Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatına görə, 2026-cı ilin yanvar ayında 6 596 nəfər müayinədən keçib və 268 nəfərdə daşıyıcılıq aşkarlanıb.
Fevral ayında isə 7 712 nəfər müayinəyə cəlb olunub, nəticədə 272 nəfərdə daşıyıcılıq müəyyən edilib. 2 cütlükdə hər iki tərəfdə daşıyıcılıq qeydə alınıb.
Beləliklə, ilin ilk iki ayında ümumilikdə 14 308 nikah öncəsi müayinə aparılıb.
Qeyd edək ki, 2025-ci il ərzində 100 761 nəfər müayinədən keçib. Bu müayinələr nəticəsində minlərlə şəxsdə müxtəlif daşıyıcılıq halları aşkarlanıb.
Nikah müayinələrində daşıyıcılar aşkarlandı
Leqal xəbər bildirirki, Azərbaycanda nikah öncəsi tibbi müayinələrin nəticələri açıqlanıb. Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatına görə, 2026-cı ilin yanvar ayında 6 596 nəfər müayinədən keçib və 268 nəfərdə daşıyıcılıq aşkarlanıb. Fevral ayında isə 7 712
10 baxış
3 dəq
