İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ÖLƏN FUTBOLÇULARIN AİLƏSİ NARAZIDIR: QƏZADAN SONRA MAŞINI DƏRHAL BOYAYIBLAR

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 29-da Abşeron rayonunun Lökbatan-Qobu yolunda baş vermiş ağır yol qəzasında həlak olan şəxslərin ailələri hadisəyə səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini tələb edir. Mərhum Rauf Hüseynovun həyat yoldaşı Şölə Hüseynova bildirib ki, qəza anının videosu

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, iyulun 29-da Abşeron rayonunun Lökbatan-Qobu yolunda baş vermiş ağır yol qəzasında həlak olan şəxslərin ailələri hadisəyə səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini tələb edir.

Mərhum Rauf Hüseynovun həyat yoldaşı Şölə Hüseynova bildirib ki, qəza anının videosu əldə edildikdən sonra hadisənin “Toyota Corolla” markalı avtomobilin iştirakı ilə baş verdiyi müəyyənləşib.

Onun sözlərinə görə, “Toyota Corolla”nı Rəvan Yaşar oğlu Bağırov idarə edib. İddia edilir ki, avtomobil ötmə manevri zamanı Rauf Hüseynovun idarə etdiyi avtomobilə toxunub. Bundan sonra Raufun avtomobili idarəetmədən çıxaraq qarşı istiqamətdə hərəkətdə olan “Qazel” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 41 yaşlı Rauf Hüseynov və onun avtomobilində sərnişin olan dostu Bəhruz Sultanov hadisə yerində həyatını itirib. Yük avtomobilinin sürücüsü isə xəsarət alıb.

Şölə Hüseynova iddia edib ki, qəzadan sonra hadisəyə səbəb olan avtomobilin bir hissəsi dərhal boyanıb. Onun sözlərinə görə, Rauf Hüseynovun avtomobilinin arxa buferi də hadisədən sonra yoxa çıxıb.

Mərhumun həyat yoldaşı bildirib ki, bu məqamların ekspertiza zamanı müəyyənləşdirilməsinin mümkün olduğunu düşünür. Ailə hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət edərək sürücünün məsuliyyətə cəlb olunmasını tələb edib.

Şölə Hüseynovanın sözlərinə görə, qəzanın qarşı tərəfi hadisədən sonra ailə ilə əlaqə saxlamayıb, başsağlığı verməyib və yas mərasimində iştirak etməyib. Ailə bununla bağlı ciddi narazılığını ifadə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, hadisə iyulun 29-da saat 12 radələrində Lökbatan-Qobu yolunda baş verib.

Nazirliyin məlumatında bildirilir ki, Y. Bağırovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkət istiqamətini dəyişərək qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb. Nəticədə R. Hüseynovun idarə etdiyi avtomobil hərəkət istiqamətini dəyişib və qarşı tərəfdən gələn M. Ağaverdiyevin idarə etdiyi yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində Rauf Hüseynov və sərnişin Bəhruz Sultanov ölüb, yük avtomobilinin sürücüsü M. Ağaverdiyev isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Y. Bağırov şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Məhkəmənin qərarı ilə onun barəsində istintaq müddətində həbs olmayan alternativ qətimkan tədbiri seçilib.

DİN bildirib ki, hazırda cinayət işi üzrə istintaq davam etdirilir və zərərçəkmişlərin irəli sürdüyü iddialar istintaq predmetidir. Hadisənin bütün təfərrüatları araşdırılır.

Qeyd edək ki, Rauf Hüseynov və Bəhruz Sultanov “Qobu” futbol klubunun üzvləri olublar. Onlar birgə futbol oynamaqla yanaşı, məşqçilik fəaliyyəti də göstəriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin