Leqal xəbər məlumat verir ki,
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə əsas zərərçəkmiş şəxslərdən biri vəfat edib.
Məlumata görə, uzun illər hüquq-mühafizə orqanlarında çalışmış Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib. O, Şıxəliyev və onunla birlikdə mühakimə olunan şəxslərin qanunsuz göstərişi ilə 5 ay həbsdə saxlanıldığını və ondan 50 min dollar alındığını iddia edirdi.
Əfsəl Həsənəliyev məhkəmə proseslərində həmin dövrdə baş prokuror olmuş Zakir Qaralovun və onun sabiq birinci müavini Rüstəm Usubovun da dindirilməsini tələb etmişdi. Bildirilir ki, vəsatətləri təmin olunmadığı üçün o, məhkəmə zalında özünü yandırmağa cəhd edib. Hadisədən sonra proses təxirə salınmışdı.
Məhkəmənin qərarı ilə onun mülki iddiası təmin edilsə də, icra prosesinin yekunlaşmasını görməyə ömrü çatmayıb.
Qeyd edək ki, Mövlam Şıxəliyev məhkəmə hökmü ilə 12 il azadlıqdan məhrum edilib və general-mayor rütbəsindən məhrum olunub.![]()