Bakının Nərimanov rayonunda oktyabrın 7-də baş verən və biri azyaşlı olmaqla iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumat əldə olunub.
Hadisə zamanı xəsarət alan şəxslərin vəziyyətinin yaxşılaşdığı bildirilir. Onlara vaxtında tibbi müdaxilə göstərilməsi və həkimlərin operativ yardımı nəticəsində vəziyyətlərinin düzəldiyi qeyd olunur.
Qeyd edək ki, qəza baş verən zaman ərazidə xidmət aparan yol polisi əməkdaşları dərhal hərəkətə keçiblər. Polis əməkdaşları xəsarət alan iki piyadanı xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Vaxtında görülən tədbirlər və həkimlərin müdaxiləsi nəticəsində yaralıların həyatının xilas edilməsinə nail olunub.
Hadisə bir daha yol-nəqliyyat hadisələri zamanı operativ müdaxilənin və vaxtında tibbi yardımın nə qədər vacib olduğunu göstərir.![]()