İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi

8 baxış 3 dəq

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir.

Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdirə bilər. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək və söyləmədiyi sözləri onun adından səsləndirmək də mümkündür. Buna görə belə materiallara münasibət bildirərkən və onları paylaşarkən mənbəni yoxlamaq vacibdir.

Leqal Xəbər istinadla bildirir ki, Oxu.Az. Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını oxucuların diqqətinə çatdırır:

- X (Twitter): "twitter.com/azpresident" (https://twitter.com/azpresident)

- Instagram: "instagram.com/presidentaz" (https://www.instagram.com/presidentaz/)

- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (https://www.facebook.com/PresidentIlhamAliyev)

- Youtube: "youtube.com/@presidentaz" (https://www.youtube.com/@presidentaz)

Bu hesabların hər birinə keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (https://president.az/) saytında yerləşdirilib. Həmin sayta daxil olaraq rəsmi hesablara birbaşa keçmək mümkündür.

Hesabın Prezidentin adını daşıması, profilində onun şəklinin olması və çoxsaylı izləyici toplaması oradakı paylaşımların etibarlılığını təsdiqləmir.

Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Xüsusilə vurğulayırıq ki, Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.

Paylaşmazdan əvvəl yoxlayın. Rəsmi mənbəyə istinad edin.

Xəbəri paylaş Dostlarınıza göndərin