Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Kərki digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə aid deyil.
O qeyd edib ki, Kərkinin Ermənistana aid olduğunu iddia etmək ölkənin tanınmış ərazisinin dəyişdirilməsi anlamına gəlir.
Paşinyan vurğulayıb ki, əsas məqsəd gərginliyi azaltmaq və məsələlərin normal həllinə nail olmaqdır.