Çin və Pakistan sərhədində yerləşən Broud-Pik dağında baş verən güclü qar uçqunu nəticəsində on alpinist itkin düşüb.
LEQAL XƏBƏR məlumat verir ki, alpinistlər qrupuna Nepal vətəndaşı, tanınmış dağçı Nirmal Purca rəhbərlik edib. Qrupun tərkibində Çin, Oman, ABŞ və Pakistan vətəndaşlarının olduğu bildirilib.
GPS cihazlarından əldə edilən məlumatlara əsasən, qar uçqunu alpinistləri təxminən bir kilometr aşağıya sürükləyib. İlkin ehtimallara görə, onlar böyük qar kütləsinin altında qalıblar.
Hazırda itkin düşən alpinistlərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.![]()