İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Paytaxt sakinlərinin nəzərinə! - Bu yollar artıq bağlıdır

Bakıda Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər artıq nəqliyyatın hərəkəti üçün bağlıdır. Məhdudiyyət sentyabrın 28-i saat 08:00-dək davam edəcək. Bağlanan

9 baxış 3 dəq

Bakıda Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər artıq nəqliyyatın hərəkəti üçün bağlıdır. Məhdudiyyət sentyabrın 28-i saat 08:00-dək davam edəcək. Bağlanan ərazilərə giriş-çıxış yalnız “Yaşayış yerinə giriş icazəsi” olan şəxslər üçün mümkündür.

Bununla yanaşı, sakinlərin və sürücülərin rahatlığı üçün bəzi əsas yollar müəyyən saatlarda açılır. Sentyabrın 21 və 22-də bu yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək nəqliyyat üçün açıq olacaq. Sentyabrın 23-də isə axşam saatlarında yollar 20:00-dan 22:00-dək açıq olacaq.

Açıq olacaq əsas istiqamətlər arasında Salyan şosesi–Neftçilər prospekti, M. Lermontov küçəsi–İstiqlaliyyət küçəsi, S. Vurğun küçəsi–Bülbül prospekti, həmçinin Nizami və Puşkin küçələrinin kəsişməsi–Xəqani küçəsi istiqamətləri var. Tranzit dəhlizlərində parklanma, sərnişinlərin düşürülməsi və mindirilməsi qadağandır. Burada sürət həddi 50 km/saat müəyyən edilib.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin