İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Polis iki gündə külli miqdarda narkotik və silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və silah-sursatın qanunsuz saxlanılmasına qarşı keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində növbəti uğurlu nəticələr əldə olunub. DİN-in məlumatına görə, polis

8 baxış 3 dəq

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və silah-sursatın qanunsuz saxlanılmasına qarşı keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində növbəti uğurlu nəticələr əldə olunub.

DİN-in məlumatına görə, polis əməkdaşlarının oktyabrın 3-ü və 4-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı ümumi çəkisi 73,6 kiloqram narkotik vasitə, həmçinin 2506 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Eyni zamanda, paytaxt Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında həyata keçirilən tədbirlər zamanı 1 ədəd tüfəng, 1 patron darağı və 279 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eləcə də qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində əməliyyat və profilaktik tədbirlərin qətiyyətlə davam etdirildiyi bildirilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin