İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış

Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub. Leqal Xəbər Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib. Binanın komendantı Etibar

8 baxış 3 dəq

Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub.

Leqal Xəbər Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib.

Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, həyatını itirən Esmira Sadıqova həyətdəki zibil qutularından məişət tullantıları toplayırmış:

"Həyətdə bir nəfər xəbər verdi ki, qarajda qadın yıxılıb. Biz dərhal qaraja getdik. Qadının yerdə uzandığını gördük. Üç-dörd dəqiqə sonra qonşumuz Həsən müəllim təcili yardıma zəng etdi. Təcili yardım gəldi. Bizim köməyimizlə qadını xərəyə qoyub xəstəxanaya apardılar. Bir neçə saat sonra onun xəstəxanada vəfat etdiyi məlum oldu".

Komendant bildirib ki, Esmira Sadıqova həyətdəki zibil qutularından nəvələri üçün müxtəlif məişət əşyaları və geyimlər toplayırmış:

"O qadın həmişə həyətə gəlirdi. Müxtəlif həyətlərdən ərzaq, yararlı əşyalar və paltarlar yığırdı. Deyirdi ki, oğlum həbsdədir, nəvələrim üçün əşyalar toplayıb aparıram. Ehtiyacı olan bir qadın idi".

Hadisə şahidlərinin iddiasına görə, avtomobili idarə edən Həsən Seyidbəyov qadını vurduğundan xəbərsiz olduğunu bildirib. Onların sözlərinə görə, o, hadisədən sonra yeraltı dayanacağın pilləkənləri ilə mənzilinə qalxıb, daha sonra baş verənlərdən xəbər tutaraq təcili yardıma zəng edib.

Xəbəri paylaş Dostlarınıza göndərin