İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Prezident almaniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Leqalxeber.az President.az -a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə sizi və bütün

4 baxış 3 dəq

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

Leqalxeber.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ilin iyulunda Almaniyaya səfərim zamanı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələsinin - strateji tərəfdaşlığının əsasını qoydu.

Fəal siyasi dialoqumuz ölkələrimiz arasında iqtisadi-ticari, enerji, nəqliyyat, bağlantılar, sərmayə, humanitar və digər sahələrdə əməkdaşlığa töhfə verərək, eyni zamanda Avrasiya qitəsində də qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində və enerji sektorunda səmərəli işbirliyimizdə böyük rol oynayır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Xəbəri paylaş Dostlarınıza göndərin