Leqal xəbər məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” ASC-yə məxsus “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan saxlanc sistemləri qurulub və bu layihə miqyasına görə təkcə Azərbaycanda deyil, MDB məkanında da ilk hesab olunur. Bildirilir ki, burada günəş və külək enerjisi kimi artıq istehsal olunan enerji toplanaraq pik saatlarda şəbəkəyə ötürüləcək. Bu isə enerji sisteminin sabitliyini artıracaq, qəfil çatışmazlıqları aradan qaldıracaq və bərpaolunan enerjinin payını genişləndirəcək. Yeni mərkəz Azərbaycanın enerji sisteminin daha müasir, çevik və dayanıqlı modelə keçidində mühüm mərhələ kimi qiymətləndirilir.
Prezident enerji mərkəzinin açılışında iştirak edib
Leqal xəbər məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” ASC-yə məxsus “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan saxlanc sistemləri qurulub və bu layihə miqyasına görə
15 baxış
3 dəq
