Xocavənd rayonunun Xanoba kəndində yaşayan azyaşlı Ayazın arzusu reallığa çevrilib.
Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev martın 17-də kənd sakinləri ilə görüş zamanı Ayazla da səmimi söhbət edib. Görüş zamanı balaca Ayaz ölkə başçısından “KamAZ” markalı yük avtomobili istədiyini bildirib.
Qısa müddət sonra Ayazın arzusu həyata keçirilib və onun yaşadığı ünvana “KamAZ” markalı yük avtomobili göndərilib.
