Ankara sülh və sabitlik naminə səylərini davam etdirir, münaqişələrin diplomatik yolla həllinə çalışır.
Leqalxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı deyib.
Türkiyə Prezidenti ŞƏT-i dövlətlərarası qarşılıqlı fəaliyyətin “yüksələn ulduzu” adlandırıb və Türkiyənin ŞƏT ölkələri ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, ŞƏT çoxqütblü dünya nizamının əvəzolunmaz elementlərindən birinə çevrilib.
Türkiyə Prezidenti çıxışında tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 2027–2028-ci illər üçün qeyri-daimi üzvü seçilən Qırğızıstanı təbrik edib, həmçinin ŞƏT liderlərini Antalyada keçiriləcək COP31 iqlim sammitinə dəvət edib.