Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edib.
Dövlət başçısı bildirib ki, geosiyasi rəqabətin kəskinləşməsi, münaqişələr və etimad böhranı qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir.
Onun sözlərinə görə, terrorçuluq, ekstremizm, transmilli cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq kimi təhdidlər getdikcə daha mürəkkəb xarakter alır.
Prezident xüsusilə müasir texnologiyaların, o cümlədən süni intellektin bədniyyətli istifadəsinin terrorçuluğun imkanlarını genişləndirə biləcəyini vurğulayıb.
İlham Əliyev təhlükəsizliyin təmin olunması üçün dövlətlər arasında etimadın, məlumat mübadiləsinin və təhlükəsizlik orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Prezident Bakı Təhlükəsizlik Forumunun bu istiqamətdə dialoq və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Prezidentdən Bakı Təhlükəsizlik Forumuna müraciət
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edib. Dövlət başçısı bildirib ki, geosiyasi rəqabətin kəskinləşməsi, münaqişələr və etimad böhranı qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Onun sözlərinə görə, terrorçuluq, ekstremizm, transmilli
6 baxış
3 dəq