Leqal xəbər məlumat verir ki, Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı müzakirələr yenidən intensivləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Putinin çıxışı zamanı bəzi sözləri tələffüz etməkdə çətinlik çəkdiyi iddia olunur. Bildirilir ki, Putin iştirak etdiyi tədbirlərdən birində ənənəvi “ura” şüarını səsləndirərkən tərəddüd edib. Kadrlarda onun nitqində aydın şəkildə çətinlik hiss olunduğu qeyd edilir. İddialara görə, yayılan videoların sonradan Kremlin bəzi rəsmi resurslarından silinməsi Putinin səhhəti ilə bağlı şübhələri daha da artırıb.
Qərb mediası və sosial şəbəkə istifadəçiləri məsələ ətrafında müxtəlif ehtimallar səsləndirsələr də, Kremlin rəsmi dairələri tərəfindən bununla bağlı hər hansı açıqlama verilməyib.![]()
PUTİNİN SƏHHƏTİ İLƏ BAĞLI İDDİALAR YENİDƏN GÜNDƏMDƏ
Leqal xəbər məlumat verir ki, Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı müzakirələr yenidən intensivləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Putinin çıxışı zamanı bəzi sözləri tələffüz etməkdə çətinlik çəkdiyi iddia olunur. Bildirilir ki, Putin iştirak etdiyi tədbirlərdən birində
16 baxış
3 dəq