İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

QADINDAN PUL ALDI, ƏL-QOLUNU BAĞLAYIB "PRİUS"UN BAQAJINDA BAKIYA GƏTİRDİLƏR

LEQAL XƏBƏR məlumat verir ki, adam oğurluğunda təqsirləndirilən şəxslərlə bağlı məhkəmə hökmü elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, paytaxt sakini Rəşad Knyazov 9 il, qardaşı Urfan Knyazov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaqla müəyyən olunub ki,

9 baxış 3 dəq
QADINDAN PUL ALDI, ƏL-QOLUNU BAĞLAYIB "PRİUS"UN BAQAJINDA BAKIYA GƏTİRDİLƏR
LEQAL XƏBƏR məlumat verir ki, adam oğurluğunda təqsirləndirilən şəxslərlə bağlı məhkəmə hökmü elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, paytaxt sakini Rəşad Knyazov 9 il, qardaşı Urfan Knyazov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən olunub ki, onlar əmisi oğlu Ayxan Knyazovla birlikdə Elşad Bəyov adlı şəxsi Xaçmaz rayonunun Ukuroba kəndindən oğurlayaraq Bakıya gətiriblər.
Araşdırmalara görə, Elşad Bəyov Ayxan Knyazovun tanışı olan bir qadınla münasibətdə olub və ondan hədə-qorxu yolu ilə pul alıb. Bundan sonra Ayxanın tapşırığı ilə Rəşad və Urfan Knyazovlar Bakıdan Xaçmaza gediblər.
Onlar qadının anasının evinə daxil olduqda Elşadın artıq döyüldüyünü görüblər. Daha sonra zərərçəkmiş şəxsin əl-qolu bağlanıb, ağzına əski parçası tıxanaraq "Toyota Prius" markalı avtomobilin baqajına yerləşdirilib.
Şəxs daha sonra Bakının Hövsan qəsəbəsinə aparılıb və bir gün ərzində girov saxlanılıb. Növbəti gün isə Elşad Bəyov saxlanıldığı evdən qaçaraq xilas olmağı bacarıb.
Məlumata görə, hadisədə iştirak edən şəxslər, eləcə də zərərçəkmiş Elşad Bəyov dini qruplaşmanın üzvləri olublar.
Cinayətdə iştirak etməkdə şübhəli bilinən Ayxan Knyazov barəsində axtarış elan edilib.
Qeyd edək ki, zərərçəkmiş şəxs qismində tanınan Elşad Bəyov haqqında da ayrıca cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin