LEQAL XƏBƏR məlumat verir ki, gömrük qaydaları pozulmaqla Azərbaycana gətirilən dərman vasitələri aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi məlumata əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində qanunsuz yollarla ölkəyə gətirilən dərman vasitələri müəyyən olunub.
Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq Azərbaycana gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb.
Saxlanılan şəxsin əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən 10 adda, ümumilikdə 93 qutu dərman vasitəsi aşkar edilərək götürülüb.